Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda innovasiyalı iqtisadiyyatın inkişafında gənclərin rolu artır


Bütün dünya üzrə innovasiya layihələrində gənclər üstünlük təşkil edir. Azərbaycanda da gənclər bu sahədə olduqca aktivdir. Bu da onu göstərir ki, ölkədə yeni vüsət alan innovasiyalı iqtisadiyyatda gənclərin rolu artır və beləliklə də informasiya-kommunikasiya sahəsində sahibkarlıq fəaliyyəti göstərən gənclərin sayı artmaqdadır.

"ICTnews.az" elektron xəbər xidməti bildirir ki, ölkədə yeni başlanan «Startup» layihələrində də gənclər böyük üstünlük təşkil edir. Bu həm də dövlətin öz gəncliyinə qarşı qayğısının əsas göstəricilərindən biri hesab oluna bilər. Azərbaycanın İKT üzrə fəaliyyət göstərən ekspertləri hesab edir ki, sözügedən sahəyə gənclərin axını müsbət haldır və bu, yeniliyə, işlərin daha da operativ getməsinə, innovasiyalı iqtisadiyyatın həcminin daha da artmasına gətirib çıxardacaq.

Ekspertlərin qənaətincə, İKT sahəsinin yüksəkgəlirli olması və bu sektora dövlət tərəfindən çox böyük diqqətin göstərilməsi gəncləri özünə cəlb edir.

Müasir Azərbaycanın qurulmasında cavanların biznesə inteqrasiyası milli maraqlarımız üçün strateji xarakter daşıyır və Azərbaycanın 2020-ci ilə qədər Milli Strategiyasının ayrılmaz hissəsidir.

SEYMUR




11/04/13    Çap et