Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan istehsalı olan nanoməhsullar dünyaya nümayiş etdiriləcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi öz məhsullarını dünyaya nümayiş etdirəcək. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə sözügedən mərkəzin Elmi tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov məlumat verib.
O bildirib ki, bu ayın 23-26 tarixlərində Belarusun paytaxtı Minsk şəhərində 20-ci Telekommunikasiya, rabitə, təhlükəsizlik, informasiya və bank texnologiyaları üzrə Beynəlxalq ixtisaslaşdırılmış "TİBO-2013" sərgisi və 2-ci Azərbaycan-Belarus İKT Forumu keçiriləcək: «Bu forumda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində olan təşkilatlar iştirak edəcəkdir. Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi "TİBO-2013" sərgisində öz məhsulları (LED işıq sistemləri və Karbon nanoborular) ilə iştirak etməyi planlaşdırır.
Bundan əlavə olaraq "TİBO-2013" konfransının proqramına mərkəz adından qeyd olunan mövzuda ("İssledovanie i razvitie vısokix texnoloqiy v Azerbaydjane ") məruzə daxil edilib. Forumun ikinci günü 24 aprel tarixində qeyd olunan mövzu prezentasiya ediləcəkdir».
SEYMUR
11/04/13 Çap et