Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Keyfiyyətli internet xidmətlərinin genişləndirilməsi məqsədilə avadanlıqlar qurulur


Yaxın vaxtlarda Bakı və regionlarda yeni DSLAM (Digital Subscriber Line Access Multiplexer) avadanlıqları qurulacaq. Yeni avadanlıqlar vasitəsilə "AzDataKom"un genişzolaqlı internet xidmətinin respublika üzrə daha da genişlənməsi gözlənilir. Hazırda keyfiyyətli internet xidmətlərinin genişləndirilməsi məqsədilə əlavə avadanlıqların qurulması istiqamətində işlər görülür.

Qeyd edək ki, mövcud layihələrin həyata keçirilməsi əhalinin daha keyfiyyətli və sürətli internetlə təmin olunmasına şərait yaradacaq.

Xatırladaq ki, "AzDataKom" istənilən dövlət və özəl sektora aid idarə, bank, müəssisə və təşkilatların, hər hansı ticarət şəbəkəsinin və digər biznes strukturları olan iri bir müəssisənin bir-birindən uzaqda yerləşən filiallarının və onların əməkdaşlarının qarşılıqlı əlaqəsinin onlayn rejimdə bir mərkəzdən idarə olunması üçün yüksəksürətli multiservis şəbəkəsinə malikdir.

Hazırda şəbəkə bütün respublikanı əhatə edir. 

CAHANGİR




11/04/13    Çap et