Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çinlilər dünyanın ən nazik smartfonunu yaradıblar
Çinin "Oppo" şirkəti 6.13 millimetr qalınlığında yeni qurğu yaradır. Yenilik haqqında məlumat azdır. "R809T" modeli 4.5 düymlü HD formatlı ekran, dördnüvəli "Mediatek MT6589" prosessoru və 1 QB əməli yaddaşla təchiz olunacaq.
Xatırladaq ki, "Oppo" şirkəti 6.55 mm qalınlığında ən nazik smartfon modelini (Find 3) 2012-ci ilin yanvarında hazırlayıb. "ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, 1 il sonra "Alcatel" şirkəti "CES 2013" sərgisində 6.45 mm qalınlığında "One Touch Idol Ultra" adlanan smartfonunu təqdim etməklə bu titulu ondan alıb.
Emil Hüseynov
11/04/13 Çap et