Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniya Bundestaqının nümayəndəsi Azərbaycan parlamentində keçirdiyi görüşdə innovasiya texnologiyalarından danışıb


Almaniya Bundestaqının İqtisadiyyat və texnologiyalar komitəsinin üzvü Martin Lindner bu gün Milli Məclisdə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ilə görüşüb.

“ICTnews” xəbər xidmətinə Milli Məclisdən verilən məlumata əsasən, görüş zamanı qonaq Azərbaycanla əməkdaşlığın genişləndirilməsi vacibliyini qeyd edib və təkliflərini nəzərə çatdırıb. M.Lindner Almaniyanın Avropa İttifaqındakı mövqeyi, regionda yürüdülən siyasətin aktual məsələlərinə dair Bundestaqda gedən müzakirələr barədə məlumat verib və bildirib ki, onun ölkəsində büdcənin 55%-i sosial yönümlüdür, lakin elmi tədqiqatların aparılması, innovasiya texnologiyalarının inkişafı üçün də büdcə vəsaitinin artırılmasına ehtiyac var.

Z. Səmədzadə öz növbəsində ölkəmizdə Almaniya ilə əməkdaşlığa xüsusi önəm verildiyini, Milli Məclisdə müvafiq işçi qrupun fəaliyyət göstərdiyini vurğulayıb, Azərbaycan parlamentində müzakirə olunan mühüm məsələlər və qəbul edilən qanunlar barədə danışıb. Görüşdə qarşılıqlı faydalı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.




11/04/13    Çap et