Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanla Lüksemburq informasiya texnologiyaları sahəsindəki təcrübələri paylaşacaqlar
Azərbaycanla Lüksemburq informasiya texnologiyaları sahəsindəki təcrübələri paylaşacaqlar . Belə bir razılıq hazırda Lüksemburqda olan Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin keçirdiyi görüşlərdən sonra əldə olunub.
Səfər zamanı nazir müavini Lüksemburq Böyük Hersoqluğunun iqtisadiyyat və xarici ticarət naziri Etiyen Şnayder, Xarici İşlər Nazirliyinin baş katibi Jan-Pol Senninqer və Ticarət Palatasının sədri Piyer Qramena ilə görüşlər keçirib.
XİN-in mətbuat xidmətindən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, görüşlər zamanı iki ölkə arasında siyasi əlaqələrin səviyyəsindən məmnunluq bildirilib, iqtisadi münasibətlərin də eyni səviyyəyə çatdırılmasının vacibliyi vurğulanıb.
Hazırda Azərbaycanla Lüksemburq arasında bir sıra sahələr üzrə davam edən əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin əhəmiyyəti qeyd edilib.
Tərəflər arasında Lüksemburqun maliyyə resurslarının idarəedilməsi, bank sektoru, informasiya texnologiyaları və səhiyyə sahəsində qazandığı təcrübənin azərbaycanlı mütəxəssislərlə paylaşılması imkanları, birgə biznes seminarların və iş adamlarının qarşılıqlı səfərlərinin həyata keçirilməsi məsələləri müzakirə edilib.
SEYMUR
12/04/13 Çap et