Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mark Zukerberq siyasətlə məşğul olacaq


"Facebook" sosial şəbəkəsinin banisi Mark Zukerberq "Washington Post" qəzetində ona ayrılmış sütunda "FWD.us" adlanan yeni ictimai-siyasi təşkilatını elan edib. Adıçəkilən təşkilat ABŞ-da istedadlı immiqrantların işə düzəlməsinə kömək edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, təşkilatın qarşısına qoyduğu əsas məqsəd ABŞ-ın miqrasiya siyasətini dəyişdirməkdir. "FWD.us" adlanan təşkilatın həmtəsisçiləri arasında "Google"-un Direktorlar şurasının sədri Erik Şmidt, "LinkedIn"in həmtəsisçisi Reyd Hoffman, "Yahoo!"-nun rəhbəri Marissa Mayer və Silikon vadisinin digər nüfuzlu xadimləri var.

Emil Hüseynov




12/04/13    Çap et