Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype”-da mövcud olan boşluq aradan qaldırılıb


İnformasiya Təhlükəsizliyi sahəsi üzrə mütəxəssis Mirza Burhan Baig "Skype"-ın rəsmi səhifəsində olan XSS boşluğun olması haqda məlumat yayıb.

"ICTnews" xəbər xidmətinin "www.cert.gov.az" saytından verdiyi məlumata əsasən, aşkar olunan boşluq haqda "Microsoft" şirkətinə hələ 2012-ci ilin dekabr ayında məlumat verilib. Lakin yaranmış boşluq bu ilin mart ayında aradan qaldırılmış və mütəxəssisə bu haqda məlumat verilmişdir.
































Mirza Burhan Baiga təşəkkür olaraq, artıq 3 dəfə "Microsoft" şirkəti onun adını "Security Researcher Acknowledgments for Microsoft Online Services" yəni şirkətin məhsul və xidmətlərində yaranan boşluqları aradan qaldıran kənar İT mütəxəssisləri siyahısına daxil edib.
























Bundan öncə isə Mirza Burhan Baig "Apple"-ın və "Microsoft Surface"-ın rəsmi səhifələrində olan boşluqlar haqda məlumat verib.




12/04/13    Çap et