Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un populyarlığı getdikcə azalır


"Piper Jaffray" şirkətinin araşdırmasına əsasən, "Facebook" sosial şəbəkəsinə gənclərin marağı əhəmiyyətli dərəcədə azalıb. Rəyi soruşulmuş 5200 gəncin 33%-i "Facebook"u hələ də ən sevimli sosial şəbəkə adlandırırlar, bir il ərzində onun populyarlığı 20% azalıb.

"TechCrunch" bloqu qeyd edib ki, gənclərin marağı yalnız "Facebook"a deyil, həmçinin "YouTube", "Tumblr" və "Flickr"-ə azalıb.

"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, "Twitter" gənclər arasında populyarlığa görə ikinci ən böyük sosial şəbəkədir. Sonrakı yerdə "Instagram" qərarlaşıb. Qeyd edək ki, sonuncunun pərəstişkarlarının sayı durmadan artır. İlk beşlikdə, həmçinin "Google+" və "Tumblr" sosial şəbəkələri də yer alıb.

Emil Hüseynov




12/04/13    Çap et