Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vəfat etmiş insanların faylları idarə olunacaq
"Google" korporasiyasının yeni xidməti istifadəçi dünyasını dəyişdikdən sonra belə onun fayllarını idarə edə biləcək. Bu haqda "Google"-un rəsmi bloqunda yazılıb.
"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, söhbət istifadəçinin internet nəhənginin bütün xidmətlərində yerləşdirdiyi fayllardan gedir. İstifadəçi yeni funksiya vasitəsilə üç, altı və on iki aydan sonra sistemin onun sənədləri ilə nə etmək lazım olduğunu sazlaya bilər.
"Inactive Account Manager" ya "fəaliyyətsiz" istifadəçinin bütün fayllarını silə, ya da onları elektron poçt ilə yaxınlarına göndərə bilər. Sözügedən elektron poçtları istifadəçi xidməti sazlayan zaman qeyd edir.
Emil Hüseynov
12/04/13 Çap et