Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azericard” texniki bazasını yeniləyir


Azərbaycanın ilk prosessinq mərkəzi olan "Azericard" texniki bazasının yenilənməsi üzrə işlər həyata keçirir. Prosessinq mərkəzindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, sistemin yenilənməsi mərkəzin ümumilikdə texniki bazasını əhatə edir.

"Həyata keçirilən tədbirlər xidmətlərin keyfiyyətini və təhlükəsizliyini daha da yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilir, lakin hər hansı yeni xidmətlərin göstərilməsini nəzərdə tutmur",- deyə prosessinq mərkəzindən bildiriblər.

Qeyd edək ki, prosessinq mərkəzinin rəsmi məlumatına əsasən, "AzeriCard" sistemində yeniləşmə işləri ilə əlaqədar aprelin 15-dən 16-na keçən gecə prosessinq mərkəzinin fəaliyyəti saat 00:00-dan 06:00-dək dayandırılacaq.

Aynur Vəliyeva




12/04/13    Çap et