Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Noutbuk bazarında azalma qeydə alınıb
2013-cü ilin birinci rübündə noutbuk tədarüklərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7% azalıb. "Digitimes Research" tədqiqat şirkətinin analitiklərinin məlumatına görə, yığcam kompüter bazarı tarixində belə mənfi dinamika heç vaxt qeydə alınmayıb.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, noutbuk istehsalının həcminin azalmasının əsas səbəbi planşetlərdir.
Cari ilin birinci rübündə "Lenova" ən böyük istehsalçı adına layiq görülüb. Bununla belə, sözügedən şirkətin noutbuklarının tədarük həcmi azalıb.
Emil Hüseynov
12/04/13 Çap et