Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Spam daha ciddi təhlükə doğurmağa başlayıb
Virusların mesajlar vasitəsilə yayılmasında əksər hallarda “ZIP”, “EXE” və “PIF” format fayllarından istifadə olunur.
“ICTnews.az” elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, spam əleyhinə texnologiyaların inkişafı müasir istifadəçilərə özlərini arzuolunmaz mesajlardan tamamilə təcrid etməyə imkan verir, lakin əgər qəbul edən zərərli bildirişlər alırsa, o, əvvəlki illərlə müqayisədə daha ciddi təhlükələrlə üzləşmiş olur. Bu barədə “AV-Test” tədqiqatçıları son hesabatlarında bəyan ediblər.
Qlobal şəbəkənin 18 ay ərzində monitorinq əsasında tərtib edilmiş «Spam – More Dangerous than Ever Before» adlanan hesabatda 55 mindən çox zərərli mesaj təhlil edilib.
Tədqiqatçılar dəqiqləşdiriblər ki, məktubların əksəriyyəti həmişəki kimi saxta məhsulların satın alınması üzrə fırıldaqçı təkliflər, həmçinin müxtəlif fişinq hiylələrindən ibarətdir. Lakin hesabat dövründə zərərli proqram təminatı yayan məktubların payı 2.5% artıb.
Emil Hüseynov
12/04/13 Çap et