Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
15,3 milyon dollarlıq “iPhone 5”
Dizayner Styuart Hyuz təxminən 15,3 milyon dollar dəyərində "iPhone 5" smartfonunu təqdim edib. Hyuz aparatın qızıl korpusunu işləyib hazırlamağa 9 həftə vaxt sərf edib. Sözügedən aparatın kənar hissələri 600 ədəd ağ brilyant ilə bəzədilib.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, Hyuz "Ev" düyməsini çəkisi 26 karat olan qara almazdan, smartfonun arxa hissəsindəki "Apple" loqotipini 53 brilyantdan işləyib.
Emil Hüseynov
12/04/13 Çap et