Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yandex” istifadəçilərini “Google”-dan 10 dəfə pis qoruyur
"Yandex" internet istifadəçilərini ziyanverici saytlardan qorumaq nöqteyi-nəzərindən ən az effektiv olan şirkətdir: onun axtarış nəticəsində təqdim etdiyi 13,7 milyon saytdan 3,3 mini viruslu olub.
"ICTnews" xəbər xidmətinin "www.cnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Google" ekspertlər tərəfindən tədqiq edilmiş axtarış sistemləri arasında ən yaxşı nəticələr göstərib. "Yandex" axtarış serveri 10 dəfə daha çox ziyanverici saytı nəzərdən qaçırır, nəinki "Google" – bütün bunlar "AV-Test" araşdırma şirkətinin informasiya təhlükəsizliyi üzrə hesabatında mövcuddur.
Antivirus laboratoriyalarının mütəxəssisləri 18 ay ərzində, 2011-ci ilin avqust ayından 2013-cü ilin fevral ayınadək populyar axtarış sistemlərinin tapdığı 40 milyona yaxın veb-saytı yoxlayıblar. "Google" axtarış sistemi vasitəsilə mütəxəssislər müəyyən ediblər ki, 10,9 milyon veb-sayt arasında 272 saytda ziyanverici proqram təminatı mövcud olub və bu, axtarış sistemləri arasında ən yaxşı nəticədi. "Bing", "Google" və "Yandex"dən 5 dəfə daha çox ziyanverici sayta istinad verib.
"Google"-da bu rəqəm 11 milyon istinaddan 1,3 min təşkil edib, "Yandex"də 10 dəfə çox, 13,7 milyon istinad arasında 3,3 min. Böyük axtarış sistemləri istifadəçiləri təhdidlərdən qorumaq üçün istinadların avtomatik yoxlanması texnologiyaları ilə təchiz edilib, lakin bu texnologiyalar 100% effektiv deyillər. "Blekko" axtarış sisteminin "Google" ilə müqayisədə daha az ziyanverici istinadlar tapmasına baxmayaraq, onun vasitəsilə cəmi 3 milyon sayt yoxlanılıb.
"Faroo", "Teoma" və "Baidu" axtarış sistemlərində təhlili aparılıb, lakin onlar üzrə statistika hesabatda təqdim edilməyib. İstifadəçilərin daxil olduğu ziyanverici saytlar istifadəçi proqram təminatlarında mövcud boşluqları istismar ediblər. Ümumilikdə 5 minə yaxın virusa yoluxmuş veb-sayt aşkar edilib.
Virusa yoluxmuş saytların sayı getdikcə artır, misal üçün, 2013-cü ilin mart ayında "AV-Test"in mütəxəssisləri tərəfindən 110 milyondan çox ziyanverici kod nüsxəsi aşkar edilib.
Ekspertlərin sözlərinə əsasən, istifadəçilər öz kompüterlərinin virusa yoluxma riskini azaltmaq üçün istifadə etdikləri proqram təminatlarının daha yeni versiyalarından istifadə edə bilərlər.
Aynur Vəliyeva
12/04/13 Çap et