Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung”un iki ən böyük smartfonu elan edilib
Koreyanın "Samsung" şirkəti "Galaxy Mega 5.8" və "Galaxy Mega 6.3" adlanan iki yeni qurğu təqdim edib. Hər iki qurğu mobil telefon və planşetin hibrididir.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Galaxy Mega 5.8" aparatının ekranının diaqonalı 5.8 düym (təsvir ölçüsü 960x540 nöqtə), "Galaxy Mega 6.3"-də isə bu göstərici müvafiq olaraq 6.3 düymdür. Son qurğunun ekranının təsvir ölçüsü 1280x720 nöqtədir.
Hər iki aparat şirkətin flaqman smartfonları ilə müqayisədə zəifdir. "Mega" aparatı ikinüvəli prosessor və 512 MB əməli yaddaşla təchiz olunub. "Smartfonplanşetlər" "Android 4.2" mobil əməliyyat sistemi ilə işləyir və 8 meqapikselli kamera ilə təchiz olunublar. "Mega 6.3" aparatı daha tutumlu akkumulyator (3200 milliamper/saat) ilə təchiz edilib və LTE şəbəkəsini dəstəkləyir.
"Mega 5.8" aparatı 8 QB daxili yaddaşa malikdir. "Mega 6.3" isə iki versiyada tədarük olunacaq: 8 və 16 QB daxili yaddaşla. "Samsung" şirkəti "smartfonplanşetlər"ə ona məxsus xidmətləri quraşdıracaq: "S Translator" tərcüməçi, "ChatON" messenceri.
Şirkət aparatların qiymətini açıqlamasa da bildirib ki, hər iki aparat Avropada mayda satışa çıxarılacaq.
Emil Hüseynov
12/04/13 Çap et