Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IBM” korporasiyası fləş-yaddaşın üstünlüyünü sübut edəcək
Amerikanın "IBM" korporasiyası fləş yaddaşın hazırlanması və araşdırılmasına təxminən 1 milyard dollar sərmayə qoymağı planlaşdırır. Ayrılacaq vəsait fləş yaddaşla sıx inteqrasiya edəcək server və məlumatların saxlanılması sistemlərinin istehsalına və layihələndirilməsinə sərf olunacaq.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "IBM" şirkəti fləş-yaddaş seqmentinə ona görə sərmayə yatırır ki, o, sərt disklərlə müqayisədə daha etibarlı, sürətli və enerji cəhətdən səmərəlidir.
"Fləş yaddaşın faydalılığı və məhsuldarlığı şirkətlərin işini kökündən dəyişdirə bilər" – "IBM Software Group"un biznes-təhlil və proseslərin avtomatlaşdırılması üçün məhsullar üzrə baş meneceri Ambuc Qoyal deyib.
Emil Hüseynov
12/04/13 Çap et