Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Golden Pay” Azərbaycanda “WebMoney” sisteminin analoqunu yaxında təqdim edəcək


"Golden Pay" şirkəti yaxın zamanda Azərbaycanda "WebMoney" sisteminin analoqunu təqdim edəcək.

Şirkətin baş direktoru Fərid İsmayılzadənin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, yerli istifadəçilər üçün "WebMoney" sistemlərinin daha sərfəli analoqu olacaq. «Hazırda "WebMoney" sisteminin istismarı zamanı yerli istifadəçilər onlar üçün əhəmiyyətli komissiyalar ödəyirlər, bu da bu sistemlərdən tez-tez istifadə etməyə imkan vermir.

Sistemin Azərbaycan analoqu istifadəyə verildikdən sonra isə bu əməliyyatları etmək onlar üçün o qədər də baha başa gəlməyəcək. Bizim sistemin daha bir üstünlüyü ondadır ki, ondan bank kartı olmayan istifadəçilər də istifadə edə biləcəklər.

Bunun üçün istifadəçi nağd pulla elektron pul kisəsinin balansını bankda və ya "Milliön" terminalları vasitəsilə doldurur və internet üzərindən ödənişlər həyata keçirir», – deyə o bildirib.

Şirkətin gələcək planlarına "eBay" kimi iri elektron ticarət portalının yaradılması da daxildir.

Aynur Vəliyeva




13/04/13    Çap et