Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli bank “MilliÖN” ödəniş sisteminə qoşulub


Artıq “Turan Bank”ın kredit müştəriləri sutkanın istənilən vaxtı, banka gəlmədən öz kredit ödənişlərini həyata keçirə biləcək.

“ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, bu, “Turan Bank”ın “MilliÖN” ödəniş sisteminə qoşulması nəticəsində mümkün olub. İndi bankın müştəriləri öz kredit ödənişlərini ölkəmizin müxtəlif yerlərində yerləşdirilmiş 600-dən artıq “MilliÖN” ödəmə nöqtələrinin köməyi ilə həyata keçirəcəklər. Kredit ödənişlərini “MilliÖN” ödəmə nöqtələri vasitəsilə həyata keçirmək üçün müştərilər sadəcə banka yaxınlaşaraq “kredit İD” kodlarını almalıdırlar.

Terminal vasitəsilə kredit ödənişi üçün xidmət haqqı tutulmur. Ödənişlər real vaxt rejimində həyata keçirilir. İş saatlarından kənar, istirahət və bayram günləri edilən ödənişlərin silinməsi növbəti iş günü həyata keçirilir.

Məlumat üçün bildirək ki, “MilliÖN” ödəmə nöqtələri Bakı şəhəri və Azərbaycanın digər şəhərləri üzrə müxtəlif ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, vağzallarda və hava limanında yerləşdirilib.

CAHANGİR




13/04/13    Çap et