Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən təhlükəsiz axtarış sistemi məlum olub


Almaniyanın "AV-TEST" şirkətinin 18 aylıq araşdırmasının yekununa əsasən, "Microsoft" korporasiyasına məxsus "Bing" axtarış sisteminin nəticələrində "Google" ilə müqayisədə zərərli koda malik saytlara istinad 5 dəfə daha çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, araşdırma 7 müxtəlif axtarış sistemini əhatə edib və təxminən 40 milyon istinad araşdırılıb. 5 min saytda virus olduğu aşkarlanıb. "Google" ən təhlükəsiz axtarış sistemi olub: zərərli proqram təminatına 272 istinad aşkar edilib.

"Bing" axtarış sistemi ikinci olub; 1258 istinad aşkar olunub. "Yandeks"də bu göstərici 3330 olub.

Emil Hüseynov




13/04/13    Çap et