Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İtaliyada "Facebook"da prezidenti təhqir edən səhifələr bağlanıb


İnternetdə informasiyaya nəzarət edən İtaliya polisinin xüsusi bölməsi "Facebook"da ölkə başçısı Corc Napolitanonu təhqir edən səhifələri bağlayıblar.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, polis eyni anda bir neçə şəhərdə "Mən Corc Napolitanoya nifrət edirəm" və "İstefa" ifadələrinin müəlliflərini aşkar edib və onlar respublika prezidentinin şərəf və ləyaqətini təhqir etdiklərinə görə ittiham olunub.

Emil Hüseynov




13/04/13    Çap et