Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Netbuklar 2015-ci ilədək “məhv” olacaq
"IHS iSuppli" analitik şirkətinin proqnozuna əsasən, netbuklar 2015-ci ilədək "məhv" olacaq. 2013-cü ildə cəmisi 3,97 milyon netbuk tədarük edilib ki, bu da 2012-ci ilin göstəricisindən 72% azdır.
Xatırladaq ki, 2012-ci ildə 14,3 milyon, 2010-cu ildə 32,14 milyon netbuk tədarük edilib. "ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, analitik şirkətin məlumatına əsasən, qarşıdakı ildə sözügedən kompüterlərin tədarük həcmi 264 minədək azalacaq.
Qeyd edək ki, artıq bir çox iri istehsalçılar netbuk istehsalını dayandırıblar.
Emil Hüseynov
15/04/13 Çap et