Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sosial şəbəkə vasitəsilə ilk dəfə səs verən gənclərin seçki ilə bağlı maarifləndirilməsinə başlanılıb
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən icra edilən "Sənin səsin - sənin seçimin" adlı layihə həyata keçirilir.
Layihə çərçivəsində sosial şəbəkədə eyni adlı - "Sənin səsin - sənin seçimin" adlı "Facebook" səhifəsi vasitəsilə ilk dəfə səs verən gənclərin maarifləndirilməsinə başlanılıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, layihənin məqsədi ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, infor¬ma¬siya çatışmazlığının aradan qaldırılması, gənclərin seçkilərdə aktiv iştirakına və vətəndaş cəmiyyətinin inkişafına töhfə verməkdir: "Ümumiyyətlə, layihə çərçivəsində Azərbaycanın 30 regionunda - ilk dəfə səs verən gənclərin seçki qaydaları ilə bağlı maariflənməsi planlaşdırılır".
HƏQİQƏT
15/04/13 Çap et