Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İT mütəxəssislərinin işsiz qalma ehtimalı çox azdır, çünki...
«İnformasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşan gənc mütəxəssislərin iş tapmasında heç bir problem yoxdur. Çünki Azərbaycanda yüksəkbilikli, İT texnologiyasını yaxşı mənimsəmiş universitet məzunlarına böyük ehtiyac var».
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ali məktəblər arasında informatika üzrə keçirilən ümumrespublika olimpiadasının açılışında tələbələr qarşısında çıxış edərkən söyləyib.
O bildirib ki, Azərbaycan tələbələrinin, gənclərinin İT ixtisasları üzrə təhsil alması və bir mütəxəssis kimi yetişməsi onların gələcəyi üçün olduqca əhəmiyyətlidir:
«Çünki bu sahə dinamik inkişaf edən yüksəkgəlirli sahədir. Bu baxımdan bütün dünyada olduğu kimi, Azərbaycanda da İKT üzrə ixtisaslaşan mütəxəssislərə, proqramçılara ehtiyac var. Bu sahəni yaxşı mənimsəyən məzunların da işə düzəlməsinə heç bir problem yoxdur».
SEYMUR
15/04/13 Çap et