Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron xidmətlərin təşkili və hüquqi tənzimlənməsi” mövzusunda seminar keçirilib
"Hüquq Akademiyası 2" layihəsi çərçivəsində növbəti görüş keçirilib. "ICTnews" elektron xəbər xidmətinə "İRƏLİ" İctimai Birliyindən verilən məlumata görə, görüşün qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquq şöbəsinin Hüquqi aktların ekspertizası sektorunun müdiri Aqil Quliyev olub.
Ekspert "Elektron xidmətlərin təşkili və hüquqi tənzimlənməsi" mövzusunda seminar keçib. Eyni zamanda "ASAN xidmət" mərkəzləri haqqında ətraflı məlumat verib.
Qonaq onu da qeyd edib ki, mərkəzin yaradılmasının əsas məqsədi vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin qarşısını almaq, vətəndaşlarla münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olmaq, peşəkarlıq səviyyəsini artırmaq, dövlət strukturlarına etimadı daha da gücləndirmək, şəffaflığı artırmaq, korrupsiyaya qarşı mübarizəni gücləndirmək, elektron xidmətlərdən daha geniş istifadə olunmasını təmin etməkdir. Sonda iştirakçıları maraqlandıran suallar ekspert tərəfindən cavablandırılıb.
CAHANGİR
15/04/13 Çap et