Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əhali üçün elektron xidmətlər siyahısı müəyyənləşdirilib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə göstəriləcək elektron xidmətlər siyahısını müəyyənləşdirib. Belə ki, onların sırasında vətəndaşların telefon xətlərinin çəkilməsi üçün müraciət etmək imkanı və ümumi istifadəli telefon şəbəkəsində göstərilən servislərin aktivləşdirilməsi, internet xidmətlərinə qoşulma, telekommunikasiya avadanlığının (informasiya xidməti) sertifikasiyalaşdırılması, əməliyyatların izlənməsi kimi xidmətlər var.
Qeyd edək ki, bu işlər Azərbaycan Prezidentinin 23 may tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına uyğun olaraq görülüb.
Hazırda nazirliyin internet resursunun yenilənməsi üzrə işlər aparılır. Orada elektron xidmətlərin yer aldığı bölmə olacaq.
Vətəndaşların nazirliyə elektron şəkildə (ərizənin doldurulması yolu ilə) müraciət etmək imkanının təmin edilməsi, eləcə də göndərənin ərizənin alınması haqqında bildiriş alması üçün işlər həyata keçirilib. Nazirlik tərəfindən rüsum və digər ödənişlərin elektron şəkildə ödənilməsi imkanı da təmin edilib.
Nazirliyin resursu ilə artıq şəhərlərarası və beynəlxalq danışıqlar üçün onlayn ödənişlər, o cümlədən internet xidmətlərin ödənilməsindən istifadə etmək olar. Vətəndaşların internetlə beynəlxalq və şəhərlərarası danışıqlar üçün qəbz alması xidməti də qəbul edilir. Bu xidmətdən bu gün artıq orta hesabla 7 min nəfər istifadə edib.
03/08/11 Çap et