Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LinkedIn”dən təmənnasız dəstək
"LinkedIn" sosial şəbəkəsinin sahibi eyniadlı şirkət "Pulse" RSS-aqreqatorunu satın alıb. Bu barədə şirkətin rəsmi bloqunda yazılıb.
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, hazırda "Pulse" RSS aqreqatorunun 30 milyon istifadəçisi var və onların 40%-i ABŞ-dan kənarda yaşayır. "LinkedIn" şirkəti dəstəkləyən tərəf rolunda çıxış edəcək, sözügedən layihəyə sərmayə yatıracaq və onun iş prosesinə müdaxilə etməyəcək.
Emil Hüseynov
15/04/13 Çap et