Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən kiçik ölçüdə simsiz identifikasiya sistemi təqdim edilib
Yaponiyanın “Fujitsu” şirkəti vena vasitəsilə işləyən ən kiçik simsiz identifikasiya sistemi hazırlayıb. Qurğunu noutbuk və planşetlərə birləşdirmək mümkün olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “zhelezyaka.com” saytına istinadən bildirir ki, şirkət rəsmilərinin sözlərinə görə, yeni sensor mövcud həllərdən 5.2 mm daha nazik və çəkisi 56% yüngüldür. Onun çəkisi 4 qramdır, ölçüsü 25x25x6 millimetrdir. Sistemin bazara çıxarılacağı tarix açıqlanmayıb.
Emil Hüseynov
15/04/13 Çap et