Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İstehsalın robotlaşdırılması hesabına neftçıxarma işlərini təqribən 25% sürətləndirmək mümkündür
Mars üzərində araşdırmalar aparan "Curiosity" aparatı neft və qaz axtarışında kömək ola bilər. "ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, hazırda "Robotics Drilling Systems" Norveç şirkəti, özü düşünə və hərəkət edə bilən intellektual buruq işlərini layihələşdirir.
"Robotics Drilling Systems"dən verilən məlumata əsasən, qurğunun yaradılmasında "Curiosity" aparatının yaradılmasında istifadə edilən texnologiyalar istifadə edir. Artıq bununla bağlı NASA ilə müvafiq razılıq əldə edilib.
Norveç şirkətinin işinin bu istiqaməti enerji sahəsi üçün futuristik işləmələrin bir hissəsidir. Şirkətin mühəndisləri deyirlər ki, mütləq o gün gələcək ki, tam avtomatlaşdırılmış qaz stansiyaları özləri qazma işləri ilə məşğul olacaqlar, öz vəziyyətlərini naviqasiya sistemləri ilə müqayisə edəcəklər və avtomatik olaraq hazır qaz və ya neft quyusunu müəyyən edəcək və sonra isə yerlərini dəyişəcəklər.
"Hazırda "Apache", "National Oilwell Varco" və ya Norveçin "Statoil" şirkətləri robotlaşdırılmış geoloji kəşfiyyat sistemləri üzərində işləyirlər, gediş-gəliş çətin olan regionlarda işləmək üçün avtomatlaşdırılmış həllər yaradırlar. İnsanla tam bağlı olan neftçıxarma sahəsi üçün bu, tamamilə fantastik səslənir. Lakin bu qaçılmazdır, bir sıra digər sahələr artıq avtomatlaşdırılıb və neftçıxarma sahəsində bu tərəqqi gözləniləndir ", - "Robotics Drilling Systems" şirkətinin nümayəndələri bildirir.
"National Oilwell Varco" şirkətinin maliyyə direktoru Kley Vilyams bildirib ki, 2010-cu ildə "BP"-nin Meksika körfəzindəki qəzası neftçilərə yanaşmanı dəyişməyə kömək edib. "Statoil"da deyirlər ki, hazırda ofşor buruq platformalarında personalın iki dəfə azalması ilə bağlı layihənin üzərində düşünürlər.
Şirkətin hesablamalarına görə, istehsalın robotlaşdırılması hesabına neftçıxarma işlərini təqribən 25% sürətləndirmək mümkündür. "Robotics Drilling Systems", kəşfiyyat və qazma üçün nəzərdə tutulmuş bir neçə silsilə robotlar yaradırlar.
Şirkət NASA-nın "Curiosity" aparatını idarə edən proqram təminatını əldə etməkdə maraqlıdır. Norveç robot texnikləri robot tərəfindən avtomatlaşdırılmış torpaq yığımı və onun analizi sahəsində ekspertizanı almaq istədiklərini bildiriblər.
Aynur Vəliyeva
15/04/13 Çap et