Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2020-ci ilədək planetin hər bir sakini internetə qoşulacaq
“Google” şirkətinin sədri Erik Şmidtin fikrincə, artıq 2020-ci ilədək planetin hər bir sakini internetə qoşulacaq. Erik Şmidt hesab edir ki, internet dünyanın ən yoxsul regionlarında belə əlçatan olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Google” şirkəti hazırda “GEEKS Without Frontiers” layihəsi üzərində işləyir.
Layihənin məqsədi kabel çəkilişində problemlər yaşanan regionlara internetə simsiz çıxış imkanı vermək üçün əlçatan texnologiyanın yaradılmasıdır. “Samsung” şirkəti fərqli üsul seçib. Şirkət Afrikanın yoxsul ölkələri üçün internetə çıxış imkanına malik dərs otaqları yaradır.
Emil Hüseynov
15/04/13 Çap et