Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İqtisadi İnkişaf Nazirliyinin iki yeni xidməti istifadəyə verildi


"Elektron hökumət" portalında dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısı genişləndirilir. Belə ki, artıq portalda İqtisadi İnkişaf Nazirliyinin daha 2 xidmət istifadəçilər üçün açıqdır.

Bu xidmətlər "Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu" və "İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi" xidmətləridir.

Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinin sahibləri nazirlik tərəfindən tələb olunan anket formasını dolduraraq sorğularını göndərmək imkanına malik olurlar.

Qeyd edək ki, həmin anket formasında vergi orqanları tərəfindən sahibkarların uçota alınmasını təsdiq edən müvafiq sənədin surəti də tələb olunur. "İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi" xidməti vasitəsilə isə sahibkarlar ödənişi yerinə yetirə bilərlər.

HƏQİQƏT




15/04/13    Çap et