Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Danışan” eynək yaradılıb
Florida Universitetində təhsil alan amerikalı tələbələrdən ibarət qrup görmə qabiliyyətindən məhrum olmuş insanlar üçün "Eyetalk" adlanan unikal eynək hazırlayıblar. Onlar kamera və mətnin tanınmasının xüsusi alqoritmi vasitəsilə istənilən mətni "oxuya" və daxili qulaqlıqlar vasitəsilə bütün bunları istifadəçiyə "danışa bilərlər". Qurğu xarici görünüşünə görə adi günəş eynəyindən fərqlənmir.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "Eyetalk" eynəyinin konstruksiyasında "USB" port və "Bluetooth" modulunun mövcudluğu nəzərdə tutulub.
Bu, eynəyin proqram təminatının yenilənməsi və ya mətnin birbaşa smartfon və planşetin ekranından oxunması zamanı lazım ola bilər.
Eynəyin qiyməti haqqında məlumat yoxdur. Sözügedən qurğu artıq dünyanın bir sıra şirkətlərinin marağına səbəb olub.
Emil Hüseynov
15/04/13 Çap et