Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Maye-kristal ekranlı televizorlara olan tələbat azalıb
Dünyada maye-kristal ekranlı televizorlar bazarında rekord azalma müşahidə olunur. "ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, ötən il istehlakçılar daha az maye-kristal (MK) ekranlı televizor alıb.
Bu, 2004-cü ildən etibarən müşahidə olunan illik göstəricinin ilk azalmasıdır. "NPD DisplaySearch" araşdırma şirkətinin tədqiqatçıları bildiriblər ki, ötən il MK-televizorların satışları 1% azalıb və 203 milyondan bir az çox olub. Yaponiyada onların tədarükü rekord 67% azalıb.
Tələbat 2011-ci ildən etibarən azalmağa başlayıb, məhz bu dövrdə bir çox insan yerüstü televiziya yayım rəqəmli sisteminə keçid öncəsi yeni televizorlar alıblar.
Avropaya tədarük, iqtisadi şəraitin durğunluğu nəticəsində 3% azalıb. Bazar təhqiqatçılarının sözlərinə görə, satışların həcminin bərpası iqtisadiyyatın sürətli artımı müşahidə olunan ölkələrdən asılıdır.
Aynur Vəliyeva
15/04/13 Çap et