Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vətəndaşlar hərraca çıxarılan əmlaklar barədə onlayn məlumat əldə edəcəklər
Ədliyyə Nazirliyinin növbəti elektron xidməti vətəndaşların istifadəsinə təqdim edildi.
Bu xidmət “İcra orqanları tərəfindən hərraca çıxarılan əmlaklar barədə məlumat” adlanır. Qeyd olunan xidmət vasitəsilə vətəndaşlar hərraca çıxarılan əmlaklar (avtomobil, yaşayış sahəsi, torpaq sahəsi, qızıl-zinət əşyaları və digər əmlaklar) barədə ətraflı məlumat əldə edə bilərlər.
Siyahıda vətəndaşlara əmlakı satılan şəxs, əmlakın tipi, əmlakın özü haqqında ətraflı məlumat, qiyməti və şərtləri haqqında informasiya təqdim olunur.
HƏQİQƏT
16/04/13 Çap et