Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN müsabiqəyə 3 vakant vəzifə təqdim edib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, müsabiqəyə bir sıra dövlət qurumları ilə yanaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) də vakant vəzifələr təqdim edib. Vakansiyalara nazirliyin Məxfi şöbəsində aparıcı məsləhətçi, Hüquq və kadrlar şöbəsi, Kadrlar və əməyin mühafizəsi sektorunda böyük məsləhətçi, Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsi, Poçt sektorunda məsləhətçi vəzifələri daxildir.
Məlumat üçün bildirək ki, müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı bu gündən mayın 15-i saat 18:00-dək, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə sənədlərini bu gündən mayın 6-sı saat 18:00-dək DQMK-yə təqdim etməlidirlər. Müraciət forması elektron (müsabiqə üçün), şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla verilə bilər.
CAHANGİR
16/04/13 Çap et