Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan və Çin arasında biznes forumu keçiriləcək
Aprelin 18-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan - Çin biznes forumu keçiriləcək.
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə İİN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə Azərbaycan və Çin tərəfindən rəsmi şəxslərlə yanaşı, qida, tikinti, yük avtomobillərinin istehsalı, İKT, infrastruktur, enerji, emal, logistika, turizm, media, daşınmaz əmlak və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.
İşgüzar görüş çərçivəsində Azərbaycan və Çin iqtisadiyyatına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaqdır.
SEYMUR
16/04/13 Çap et