Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələr haqda şok iddia


“Facebook” dünyanın ən məşhur sosial şəbəkəsidir, 1 milyarddan çox insan ondan istifadə edir. Tədqiqatçı Rassel Kleyton dərc etdiyi araşdırmada sübut edib ki, sosial şəbəkə yalnız sərxoşları özünə cəlb etmir, həm də istifadəçiləri alkoqollu içkilərdən istifadəyə təhrik edir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, o, kollecin birinci kursunda təhsil alan 225 tələbə arasında sorğu keçirib. Tələbələr anonim şəkildə alkoqol və marixuanadan istifadə ilə bağlı öz təcrübələrini bölüşüb, həmçinin “Facebook” sosial şəbəkəsinə emosional asılılıqları barədə danışıblar.

Məlum olub ki, narahat insanlar və zərərli maddələrdən əziyyət çəkənlər “Facebook”a qarşı daha sadiqdirlər.

Bundan başqa, adıçəkilən sosial şəbəkə içkidən az istifadə edənləri daha çox alkoqol istifadə etməyə təhrik edir. “”Facebook”a emosional cəhətdən bağlı insanlar alkoqoldan istifadə edən dostlarının foto və statuslarına baxdıqda onlarda içkidən istifadəyə aludə yaranır” – Kleyton deyib.

Emil Hüseynov




16/04/13    Çap et