Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gələn həftə Belarusda beynəlxalq İKT forumu keçiriləcək
Aprelin 23-26-da Minsk şəhərində "BELARUS TELECOM - TIBO 2013" telekommunikasiya, informatika, rabitə, təhlükəsizlik, bank və ofis texnologiyaları üzrə beynəlxalq forumu öz işinə başlayır.
"ICTnews" xəbər xidmətinin "http://www.tc.by" saytına istinadən verdiyi məlumata əsasən, tədbirdə sosial-iqtisadi və innovativ inkişafda İKT-nin istifadəsi, o cümlədən Avropa İttifaqının elm və innovasiya sahəsində «Qorizont 2020» proqramı, MDB ölkələrinin informasiya cəmiyyətinin formalaşdırılması istiqamətində görülən işlər və gələcək perspektivlər, "UNCTAD"-ın (United Nations Conference for Trading and Development) analitik alətlərinin və texnologiyalarının İKT-nin inkişafında istifadəsi və s. məsələlər üzrə müzakirələr aparılacaq və məruzələr təqdim ediləcək.
Forum çərçivəsində müxtəlif mövzulu seminarların keçirilməsi nəzərdə tutulub. Forumda Azərbaycan nümayəndə heyətinin də iştirakı gözlənilir.
Aynur Vəliyeva
16/04/13 Çap et