Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Videokameralar bankomatları fırıldaqçıların əlindən müdafiə etmir


Videomüşahidə vasitələrinin gücləndirilməsi bankomat istifadəçilərini fırıldaqçıların əlindən xilas etməyəcək. Bankomat və ödəmə terminalları üçün hazırlanmış yeni miniatür videoregistratorun təqdimatı zamanı sahə ekspertləri bu fikirləri bölüşüblər.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.newsru.ru" saytına istinadən bildirir ki, ekspertlərin fikrincə, bu cür vasitələr bankomat istifadəçilərini fırıldaqçıların hərəkətlərindən (məsələn, plastik kartlardakı informasiyanın ələ keçirilməsi üçün bankomatlara cihazların quraşdırılması) müdafiə etmir.

Hazırda bankomatları fırıldaqçıların hərəkətlərindən müdafiə etmək üçün iki kateqoriya videomüşahidə vasitələrindən istifadə edilir: xarici və daxili. Birinci kateqoriya bankomatın yaxınlığında quraşdırılır, ikinci isə bankomatın özünə quraşdırılır. Müasir bankomatlarda, bir qayda olaraq, 3-4 kamera quraşdırılır.

Bundan başqa, bankomatların quraşdırıldığı yerlər, həmçinin əksər hallarda bir neçə rakursdan çəkilir. "Təəssüf ki, bu tədbir belə skimmerlərin quraşdırılmasından heç cür müdafiə etmir" – bu barədə jurnalistlərə "Group-IB" şirkətinin kompüter kriminalistikası laboratoriyası rəhbərinin müavini Sergey Nikitin izah edib. Kameraların kiçildilməsi isə onları yeni yerlərə quraşdırmaq imkanı yaradacaq.

Emil Hüseynov




16/04/13    Çap et