Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“2013-2015-ci illərdə “Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsi artıq hazırdı


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın zamanda "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsini müvafiq orqanlara təqdim etməyə hazırlaşır.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, hazırda "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsi üzərində işlər başa çatıb. Bu ayın sonuna kimi layihə artıq müvafiq orqanlara təqdim ediləcək.

Hazırda layihə aidiyyəti olan dövlət qurumları və nazirliklərlə razılaşdırılır.

Aynur Vəliyeva




16/04/13    Çap et