Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Oracle” bu gün “Java” üçün yeniləmə paketi çıxaracaq


“Oracle” şirkəti “Java” plaqini üçün yeniləmə paketi çıxarmağı planlaşdırır. “Java Runtime Enviroment”in yenilənmiş versiyasında 39 kritik boşluq aradan qaldırılacaq. 

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeniləmə paketinin çıxarılması bu gün axşama planlaşdırılıb. Qeyd edək ki, “Oracle” bu ilin əvvəlindən “Java 6” və “Java 7” üçün artıq bir neçə düzəliş çıxardıb.

“Oracle”-dan verilən məlumata əsasən, şirkətin çıxaracağı “Java 7 Update 21” yeniləmə paketində 42 boşluq aradan qaldırılacaq.

Emil Hüseynov




16/04/13    Çap et