Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ilin sonunadək “Android” istifadəçilərinin sayı 1 milyardı ötəcək
2013-cü ilin sonunadək “Android” smartfon sahiblərinin sayı 1 milyardı ötəcək. Bu barədə Nyu-Yorkda keçirilmiş konfransda “Google” şirkətinin direktoru Erik Şmidt deyib.
“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, onun fikrincə, “Android” platforması ilə işləyən qurğuların sayı isə 2 milyardı ötəcək.
Hazırda dünyada 750 milyon “Android” smartfon var. Gündəlik “Google”-un serverlərində “Android” mobil əməliyyat sistemi ilə işləyən 1.5 milyon qurğu aktivləşir.
Emil Hüseynov
17/04/13 Çap et