Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xanım baş direktor hesabat verdi


"Yahoo!" internet şirkəti rüblük hesabatını dərc edib. Nəticə bazar gözləntilərindən aşağı olub, çünki adıçəkilən şirkət "Google" və "Facebook"un fonunda reklam cəlbediciliyini itirməyə davam edir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, "Yahoo!"-nun baş direktoru Marissa Meyer hələ ki şirkətin marketinq gəlirinin artırılmasında böyük uğura nail ola bilməyib.

Hesabat rübündə qrafik reklam satışlarının həcmi 11% azalaraq 455 milyon dollar olub. Şirkətin mətn reklamları satışından əldə etdiyi mənfəətin həcmi 10% azalaraq 425 milyon dollar təşkil edib. "Yahoo!"-nun ikinci maliyyə rübündə xalis mənfəəti 36% artaraq 390.3 milyon dollar və 1 səhm üçün 35 sent olub. Şirkətin əməliyyat mənfəəti 1 səhm üçün 38 sent olub.

Emil Hüseynov




17/04/13    Çap et