Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Windows”un sonuncu yeniləməsinin ləğv olunması məsləhət görülür


"Microsoft" şirkəti KB2823324 patçını ləğv etməyi məsləhət görür. Qeyd edək ki, həmin yeniləmə "ZDNet"in "MS13-036" təhlükəsizlik bülleteninin tərkibinə əlavə edilmişdir. Məlumat üçün bildiririk ki, "MS13-036" təhlükəsizlik bülleteni "Windows"un nüvəsində olan vacib boşluqları aradan qaldırır və əməliyyat sisteminin bütün versiyaları üçün nəzərdə tutulub.

Yenilənməni yüklədikdən sonra istifadəçilər məşhur "göy ölüm ekranı"nın yaranması ilə bağlı narazılıqlarını etməyə başlayıblar.

"Microsoft"un mütəxəssisləri bildiriblər ki, yenilənmədə olan növbəti səhv "Kaspersky Anti-Virus for Windows Workstations" və "Kaspersky Anti-Virus for Windows Servers 6.0.4.1424" və "Kaspersky Anti-Virus for Windows Servers 6.0.4.1611" versiyalarının uğursuz işləməsinə gətirib çıxarır.

"www.cert.gov.az"




17/04/13    Çap et