Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir
Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd təşkil edir. Bu göstərici Bakı şəhərində 37,5 ədəd, respublikanın digər ərazilərində 11,56 ədəd, kənd yerlərində isə 7,12 ədəd təşkil edir.
Eyni zamanda, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 68,8 ədəd təşkil edir. Bu göstərici Bakı şəhəri üzrə 136,64 ədəd, respublikanın digər ərazilərində 47,6 ədəd, kənd yerlərində isə 32,52 ədəd təşkil edir. Eyni zamanda ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2,3 dəfə artırılaraq təqribən 200 Gb/s-ə çatdırılıb.
2013-cü ilin I rübü ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.8 mln. dəqiqə azalaraq 127.7 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 2,7 mln. dəqiqə azalaraq 42.8 mln. dəqiqə təşkil edib. Beynəlxalq telefon kanallarının sayı ilin əvvəli ilə müqayisədə 209 ədəd artırılaraq 9594 ədədə çatdırılıb.
HƏQİQƏT
17/04/13 Çap et