Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya bazarlarında sensor noutbuk tədarükü 70% arta bilər


Dünya bazarlarında bu ilin ikinci rübündə sensor panellərinin istehsal həcmləri yaxşılaşdıqca sensor noutbukların tədarükü 4,2 milyon vahidədək (70%) arta bilər.

"ICTnews" xəbər xidmətinin "Digitimes"a istinadən verdiyi məlumata əsasən, buna baxmayaraq rüb ərzində noutbuk tədarükünün ümumilikdə ardıcıl artımı 4-5% təşkil edəcək. Belə ehtimal edilir ki, sensor panellərin qiymətləri 70-80 dollardan üçüncü rübdə 50-dək azalacaq və nəticədə sensor noutbukların bazar payı artacaq.

Mart ayında müqavilə üzrə noutbuk istehsal edən şirkətlərin əksəriyyəti noutbuk təchizatının 30-40% artdığını qeyd ediblər. Onların təchizat göstəricilərinin aprel ayında stabilləşməsi gözlənilir, lakin bu göstəricilər may ayında aşağı düşəcək.

Aynur Vəliyeva




17/04/13    Çap et