Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli bank bütünlükdə “Microsoft” platformasına keçdi


Azərbaycan Beynəlxalq Bankı "Microsoft" şirkəti ilə "Microsoft Enterprise Agreement" proqramına qoşulması ilə bağlı saziş imzalayıb.

ABB-dən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, proqram bankın bütün kompüterlərinin "Microsoft" platformasına keçidini təmin edir. "Microsoft Enterprise Agreement" proqramına 250 və daha çox kompüter parkına malik olan şirkətlər və müəssisələr qoşula bilər. Bankla şirkət arasında imzalanmış saziş Beynəlxalq Banka "Microsoft"un ən yeni və müasir innovasiya texnologiyaları tətbiq etməyə və bank proseslərini optimallaşdırmağa imkan verir.

Layihənin operatoru qismində "Softline International" şirkəti çıxış edir. "Enterprise Agreement" sazişinin əsas üstünlükləri ondan ibarətdir ki, lisenziyalı proqramları daha aşağı qiymətə almaq, ödənişi bir neçə illik köçürmə yolu ilə həyata keçirmək mümkündür.

Sazişin qüvvədə olduğu müddət ərzində bank lisenziyalı proqramları bütün qeyd edilən və yeni kompüterlərdə istifadə edilə bilər. "Software Assurance" funksiyasının avtomatik qoşulması isə yeni versiyaların buraxılması ilə bağlı mümkün olan qiymət artımından sığortalanmağa imkan verir.

Aynur Vəliyeva




17/04/13    Çap et