Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyaları Universitetinin qəbul planı müəyyən edilib


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni yaradılan İnformasiya Texnologiyaları Universitetinin nizamnaməsini Nazirlər Kabinetinə təqdim edib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, universitetin müvəqqəti yerləşməsi üçün H.Cavid küçəsi 37 ünvanında bina ayrılıb. Bu il üç ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək. Hər bir ixtisas üzrə qəbul planı 10-15 yerdir. Artıq bu ilin sentyabr ayında İnformasiya Texnologiyaları Universitetində ilk dərs ili başlayacaq. Xatırladaq ki, Azərbaycan İnformasiya Texnologiyaları Universiteti ölkə prezidentinin sərəncamı ilə yaradılır.

Universitetin yaradılmasının əsas məqsədi ölkənin sosial-iqtisadi inkişafında və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişləndiyini nəzərə alaraq, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etməkdir.

Aynur Vəliyeva




17/04/13    Çap et