Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlk rübdə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin 76.8 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşür
2013-cü ilin I rübü ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.3 faiz artaraq 371.4 milyon manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi İKT sektorunda 13.4 faiz təşkil edib.
İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 76.8 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. 2013-cü ilin I rübü ərzində ölkə üzrə ÜDM-nin həcmi 12.9 milyard manat, ötən illə müqayisədə real artım tempi isə 3.1 faiz olub. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 faiz təşkil edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sektorda effektiv dövlət siyasətini həyata keçirməklə yanaşı, tabeçiliyində olan birlik və müəssisələrin davamlı inkişafına da xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, rüb ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 81.6 mln. manat proqnoza qarşı 85.0 mln. manat gəlir əldə edilib ki, bu da proqnozla müqayisədə 4.2 faiz, əvvəlki illə müqayisədə isə 2.8 faiz çoxdur. RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2013-cü ilin I rübü ərzində dövlət büdcəsinə 8.0 mln. manat, DSMF-yə isə 3.6 mln. manat vəsait ödənilib.
Hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi məqsədlə RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 18.76 milyon manat investisiya qoyulub. Ümumilikdə informasiya və rabitə sektoruna 39,8 milyon manat investisiya qoyulub.
Qeyd edək ki, hesabat dövründə ölkə iqtisadiyyatına 2.8 milyard manat investisiya qoyulub.
HƏQİQƏT
18/04/13 Çap et