Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Son 3 ayda kompüter avadanlıqlarının istehsalında daha çox artım əldə edilib
Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-mart aylarında 8,6 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, sənayenin qeyri-neft sahələrində 2,9 faiz artım, neft sektorunda 2,9 faiz azalma müşahidə olunub.
DSK bəyan edir ki, üç ay ərzində qeyri-neft bölməsinin məhsullarından kompüter və elektron avadanlıqlarının və s. məhsulların istehsalında daha çox artım əldə edilib.
SEYMUR
18/04/13 Çap et